Bu il investoruna ən çox qazandıran məhsullar

Date:

Paylaş:

Əmtəə bazarında ticarət olunan 18 məhsulun qiymət hərəkətlərindən toplanmış məlumatlara görə, İyun ayında əmtəələrdən 15-i bahalaşıb, 3-ü ucuzlaşıb. 

ABŞ-da faizlərin aşağı salınacağı və dolların dəyər itirəcəyinə dair gözləntilər İyun ayında əmtələrin qiymətinin artmasına təkan verib.

İyunda investoruna ən çox qazandıran əmtəə 16,1 faiz ilə palladium olub. Palladiumun ardınca 8 faizlə qızıl, 7,4 faizlə qurğuşun, 6 faizlə nikel, 5,2 faizlə platin və soya lobyası, 4,9 faizlə qəhvə və gümüş, 4,6 faizlə buğda, 4 faizlə şəkər, 3,5 faizlə Brent nefti, 3,1 faizlə mis, 1,5  faizlə kakao, 1,2 faizlə qarğıdalı,  0,8 faizlə alüminium gəlib.

İyun ayında əmtəə bazarında ən çox təbii qazın qiyməti azalıb – 5,7%. Həmçinin sink 3,8 faiz, pambıq 3 faiz ucuzlaşıb.

Əmtəə bazarında ilin ilk yarısında isə ən çox qazandıran 21,6 faiz ilə palladium olub. İlk 6 ayda Brent nefti 19,5 faiz, nikel 18,3 faiz, qarğıdalı 15,20 faiz, qızıl 10 faiz, qəhvə 7,8 faiz,  platin 5 faiz, şəkər 4,7 faiz, buğda 4,5 faiz, soya lobyası 3,2 faiz, sink 1,8 faiz, kakao 0,8 faiz bahalaşıb.

Həmin dövrdə investorunu ən çox zərərə salan 18,8 faiz ilə təbii qaz olub. İlin ilk yarısında pambıq 8,5%, qurğuşun 5,5%, alüminium 5,2%, gümüş 1,1%, mis 0,7% ucuzlaşıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...