Bu il Bakının sosial-iqtisadi inkişafına 11,3 mlrd. manat yönəldilib

0
758

2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 mlrd. 301,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9% az vəsait yönəldilib.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi sərmayənin 34%-i dövlət, 66%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.Hesabat dövründə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 70,2%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,8%-ini əsaslı təmir, 3,8%-ini cari təmir, 20,2%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,6%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.