Əsas səhifə Biznes sahələri Avtomobil Bu il Avtomobil Yolları Dövlət Agentliyi 270 texnika alacaq

Bu il Avtomobil Yolları Dövlət Agentliyi 270 texnika alacaq

254
Paylaş

2018-ci ildə respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Finans.az”a verilən məlumata görə, bunu 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

S.Məmmədovun sözlərinə görə, bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarasıvə ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, körpü və bir avtomobil yolu tunelinin tikintisiişləri daxildir.

“Bu layihələr 2042,3 km uzunluğunda avtomobil yollarıdır. Ötən il 33 körpü, 29 yol ötürücüsü, tunelin tikilərək istifadəyə verilib, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizm alınıb. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448,5 km artaraq 909,5 km olub. 202 km olan Ələt-Astara-İran avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir”, – deyə S.Məmmədov əlavə edib.

İdarə Heyəti sədrinin sözlərinə görə, 2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq: “Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanizmin alınması da nəzərdə tutulub”.