Əsas səhifə Biznes sahələri Texnologiya Bu il Apple-dan hansı iPhone-ları gözləyək?

Bu il Apple-dan hansı iPhone-ları gözləyək?

92
Paylaş

Apple sentyabrda iPhone-nun bütün yeni üç modelini buraxacaq, Wedbush şirkətinin analtiki Daniel İves təsdiqləyir.

Keçən il Apple iPhone XS və XS Max-ın satışları sentyabrda başlamışdı və həmin vaxt iPhone XR istəyənlər oktyabra qədər gözləməli olmuşdular. Bu il isə bütün proseslər təxirə salındığı üçün smartfonun üç versiyası eyni vaxtda satışa çıxarılacaq. İves təsdiqləyib ki, yeni modellər sentyabrın ikinci həftəsində buraxılacaq. Bu gözlənilən proqnozdan daha tez bir vaxtdır.

Belə hesab olunur ki, Apple eyni istiqamət üzrə işləyir – üç modeldən böyük olanlar müxtəlif diaqonllı ekrana, kiçik olansa böyük diaqonala lakin bəzi pis xarakteristikalara malikdir. Deyilənə görə, kiçik iPhone-nun bu il LCD –ekranı olacaq və şirkət OLED-ə tam keçidi 2020-ci ildə gerçəkləşdirəcək. Çox güman ki, böyük modellərdə Force Touch texnologiyası olmayacaq. Bu, istifadəçilər tərəfindən də tələb olunmur. Ondan artıq iPhone XR-da imtina ediblər.

Yeni modellərdə əsas dəyişiklik kameralarla bağlı olacaq, belə ki, onlar üç obyektivə malik olacaqlar. Qiyməti isə bəzi məlumatlara görə, 75-100 dollar olacaq.