Əsas səhifə İnvestisiya Bu il AKİA-nın xətti ilə 132 milyon manatdan çox investisiya qoyuluşu həyata...

Bu il AKİA-nın xətti ilə 132 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib

61
Paylaş

“Bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub”.

“Bizplus.az” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4 068 ədəd kənd təsərrüfatı texnikası, 4 510 ədəd damazlıq heyvan satıb.

“Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20,724 milyon manat olub. Hazırda 22 layihə icradadır”, – agentlik sədri əlavə edib.