Bu halda reklam qurğularının tikintisi üçün icazə sənədinə ehtiyac olmayacaq – DƏYİŞİKLİK

Date:

Paylaş:

Azərbaycanda reklam qurğularının tikintisinə icazənin verilməsi proseduru sadələşdirilir.

“Bizplus.az” xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 81-ci (Reklam qurğularının tikintisinə icazənin verilməsi) maddəsinə əsasən, hazırda açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir.

Dəyişikliklə isə reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq.

Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...