Bu gündən birmərtəbəli evlərin tikintisinə icazə elektron və ödənişsiz olacaq

Date:

Paylaş:

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və “ASAN xidmət” birlikdə “Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi” üçün elektron sistem yaradıb.

Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan “Doing Business” sistemində 100 pillə irəliləyib.

Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə,  xərclər 6700 manatdan 1500 manata düşüb.

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.

“Sahibkar-məmur əlaqəsini minimuma endirməklə, şəffaflığa nail olmağa çalışırıq. Bu gündən fəaliyyətə başlayan sistemə müraciət edildikdən 10 gün ərzində istismara icazə almaq mümkün olacaq. Sahəsi kiçik olan birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan binaların istismardan keçməsi tələb olunmur”, – deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, tədricən ekspertiza tələb olunan tikililərin qeydiyyatı ilə bağlı proseslər də elektronlaşdırılacaq./oxu.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...