İyulun 18-dən Bakıdan Misirin kurort şəhəri Şarm-əş-Şeyxə birbaşa aviareyslər başlayır.
Uçuşlar “SCAT Airlines” şirkəti tərəfindən “Boeing 757-200” laynerləri ilə həyata keçiriləcək. İlk uçuş 18 iyul 2019-cu il tarixinə planlaşdırılıb.
Birbaşa reysin açılması ilə uçuş müddəti cəmi 3,5 saat təşkil edəcək, – bu barədə Bakıda mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib. O, həmçinin 2020-ci ildə Misirdə məşhur piramidalara həsr olunmuş böyük muzey açılması planları haqqında danışıb.