Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Bu gündən Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır

Bu gündən Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır

73
Paylaş
İrAero
İrAero

Bu gündən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Yekaterinburq-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlayır.

Uçuşlar hər həftənin II günləri həyata keçiriləcək.

Məlumata görə, 103 sərnişin tutumu olan “Sukhoi Superjet 100” təyyarəsi Yekaterinburqdan yerli vaxtla 17:30-da, əks istiqamətdə isə saat 12:30-da havaya qalxacaq.

“Yeni hava daşıyıcısının işə başlaması ilə Yekaterinburqdan Azərbaycana yola düşən birbaşa reyslərin sayı həftədə 3-ə çatacaq. Həftədə iki dəfə – cümə axşamı və bazar günləri – Bakıya uçuşları “Ural Airlines” həyata keçirir. Bakı Cənubi Qafqazın aparıcı iqtisadi və mədəni mərkəzidir, Xəzər dənizi sahilində yerləşən iri bir limandır”, – deyə Koltsovo beynəlxalq hava limanının mətbuat xidmətindən bildirilib.