Bu gün 1 milyon dollardan çox pul qazanacaqlar – AZƏRBAYCANDA

Date:

Paylaş:

Bu gün Azərbaycanın qiymətli kağızlar bazarında ən etibarlı qiymətli kağız sayılan SOCAR İstiqrazlarının sahibləri növbəti faiz ödənişi alacaqlar. Dövlət Neft Şirkətinin (SOCAR) daxili bazar üçün ilk qiyətli kağızı olan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında 5 illik müddətə buraxılıb.

SOCAR İstiqrazları dollarda buraxılıb və illik 5% gəlir gətirir. Onların faizləri hər 3 aydan bir ödənilir.

Bu gün 17 yanvar tarixində SOCAR İstiqrazları üzrə sayca 9-cu faiz ödənişi ediləcək və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlmiş olacaq.

“Bizplus.az” “Fed.az”a istinadla xəbər verir ki, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1.25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb.
SOCAR İstiqrazlarının əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

İstiqrazlara maraq böyükdür – təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları keçib və Bakı Fond Birjasında ən çox alınıb–satılan qiymətli kağızdır. Təkcə 2018-ci ildə bu istiqrazlar üzrə 800-dən çox əqd bağlanıb.

1 və 5 saylı ASAN xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...