Əsas səhifə Biznes Bu günədək 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit...

Bu günədək 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb

253

Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının prioritet sahə olduğunu xatırladan nazir müavini bildirib ki, hazırda bu sahənin inkişafı üçün müxtəlif güzəştli biznes kreditlər təklif edilir. “2017-ci il ərzində 1953 sahibkara 146 milyon manat güzəştli kredit ayrılıb. Bu günədək Azərbaycanda 4 mindən artıq qadın sahibkara 93,5 milyon manat güzəştli kredit ayrılıb. Bu isə Azərbaycanda artıq geniş sahibkar ordusunun formalaşmasından xəbər verir”, – deyə Sahib Məmmədov bildirib.