Şirkət London – Nyu-York xətti üzrə bəzi reyslərdə xidmətləri sınaqdan keçirir.
Britaniyanın British Airways aviaşikəti sərnişinlərə uçuş zamanı birinci sinif virtual reallıq qarnituraları təklif edir. Sınaq barədə şirkətöz bloqunda danışıb.
Şirkət 2019-cu ilin sonuna kimi xidmətləri sınaqdan keçirəcək. O, SkyLights-dan AlloSky VR-qarnituralarını təklif edir. The Verge qeyd edir ki, cihaz 250 qram çəkiyə malikdir.
Sərnişinlər onunla filmlər, TV-şoular və digər 2D,3D və ya 360° -də kontentlər izləyə biləcəklər. Şirkət həmçinin uçuşdan qorxan sərnişinlərə kömək üçün meditasiya və səs terapiyası proqramları da təklif edir.