Əsas səhifə Biznes sahələri Texnologiya British Airways sərnişinlərinə film izləmək və meditasiya üçün VR qarnituralar verir

British Airways sərnişinlərinə film izləmək və meditasiya üçün VR qarnituralar verir

90
Paylaş

Şirkət London – Nyu-York xətti üzrə bəzi reyslərdə xidmətləri sınaqdan keçirir.

Britaniyanın British Airways aviaşikəti sərnişinlərə uçuş zamanı birinci sinif virtual reallıq qarnituraları təklif edir. Sınaq barədə şirkətöz bloqunda danışıb.

Şirkət 2019-cu ilin sonuna kimi xidmətləri sınaqdan keçirəcək. O, SkyLights-dan AlloSky VR-qarnituralarını təklif edir. The Verge qeyd edir ki, cihaz 250 qram çəkiyə malikdir.

Sərnişinlər onunla filmlər, TV-şoular və digər 2D,3D və ya 360° -də kontentlər izləyə biləcəklər. Şirkət həmçinin uçuşdan qorxan sərnişinlərə kömək üçün meditasiya və səs terapiyası proqramları da təklif edir.