Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Britaniyanın şokolad şirkəti tənha ahıllara dəstək məqsədilə yazısız paketli şokolad buraxıb

Britaniyanın şokolad şirkəti tənha ahıllara dəstək məqsədilə yazısız paketli şokolad buraxıb

144
Paylaş

“Sözlərinizi hədiyyə edin” kampaniyası ünsiyyətsiz qalan ahıl insanlarla çoxlu söhbət etməyə səsləyir.

Britaniyanın Cadbury şirniyyat istehsalçısı, qablaşdırması yazısız olan Dairy Milk  plitka şokoladları satmağa başlayıb. Şokoladlar tək yaşayan ahıl insanlara dəstək məqsədilə keçirilən “Sözlərinizi hədiyyə edin” kmpaniyası çərçivəsində məhdud sayda buraxılıb. Bu barədə HuffPost yazır.

Şokoladlar ölkə üzrə supermarketlərdə satılacaq. Cadbury, satılan hər külçədən 30 penni(qəpik)-ni tənha qocalara yardım edən Age UK xeyriyyə təşkilatına ianə edəcəyinə söz verib.

Şirkət Age UK-lə birgə araşdırma aparıb və aydınlaşdırıb ki, 1,4 milyon ahıl yaşlı insan özünü tənha hiss edir. 225 mini isə bütün həftəni demək olar ki, heç kimlə ünsiyyət saxlamadan keçirir.

Cadbury, kampaniya çərçivəsində, yaşlı insanların gündəlik ünsiyyətsiz qalmalarından danışdıqları bir videoçarx çəkib. Kampaniyanın təşkil olunmasında VCCP agentliyi də iştirak edib.