Əsas səhifə Biznes sahələri Texnologiya Britaniya startapı mücərrəd obyektlərə toxunan əlcək hazırlayıb

Britaniya startapı mücərrəd obyektlərə toxunan əlcək hazırlayıb

76
Paylaş

The Verge yazır ki, Britaniyanın “Teslasuit” şirkəti Teslasuit Glove əlcəkləri hazırlayıb – virtual reallıq məkanında olan obyektləri hiss etməyə imkan yaradır. Cihaz həm də sahibinin biometrik məlumatlarını toplayır.

Əlcəklərin əsas vəzifəsi – istifadəçiyə virtual reallıq obyektlərinə toxunma duyğusu ötürmək. Material predmet effekti hər barmağa yerləşdirilmiş doqquz elektrodun köməyi ilə əldə edilir. Əlcəklərin plastik hissəsi vibrasiya duyğusu ötürür.

Əlcəklər həm də nəbzölçənlə təchiz olunub – o, istifadəçinin reaksiyalarını ölçür və emosional-psixi vəziyyətini təyin edir.

Şirkət bu məhsulunun satışını 2020-ci ilin ikinci yarısına planlaşdırıb. Əlcəklər ilk öncə Beynəlxalq istehlakçı elektronika məhsulları sərgisində nümayiş olunacaqlar.