Britaniya sakini lotereyada 190 milyon avro udub

Date:

Paylaş:

Böyük Britaniya sakini “EuroMillions” lotereyasında 170 milyon funt (190 milyon avro) udub.

Bununla da o, ölkədə ən böyük jekpota sahibi olub.

Qalib beş əsas nömrə və iki “xoşbəxt ulduz”u tapmağa nail olub.

Əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt Şotlandiyadan olan cütlük 161 milyon funt udub.

“EuroMillions”-un birinci lotereya oyunu 2004-cü ilin 13 fevralında üç ölkədə – Fransa, İspaniya və Böyük Britaniyada keçirilib.

2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə – Lüksemburq, Belçika, İsveçrə, Portuqal, İrlandiya və Avstriya qoşulub. Uduşlara yalnız İsveçrədə vergi rüsumu tutulur.

Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Lotereya oyunçularının sayı təxminən 200 milyon nəfərdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...