Əsas səhifə Xəbərlər Xarici xəbərlər Britaniya biznesinə daha bir güzəşt

Britaniya biznesinə daha bir güzəşt

12
Paylaş

Britaniya hökuməti pandemiya müddətində biznesə güzəşt etmək qərarına gəlib. Belə ki, hökumət işəgötürənlərin hər işçiyə görə olan məvacibinin 80%-ni qarşılayacaq. Bu, məlum virus səbəbindən baş verən böhrana görə ola biləcək kütləvi qovulmaların qarşısının alınması üçündür, BBC yazır.

Bu ölçü tədbiri martdan başlayaraq üç  ay ərzində qüvvədə olacaq. Ödəniş, qeyd edildiyi kimi, məvacibin ayda 2,5 funtu (ölkə üzrə orta məvacibdən bir qədər çox) ötməyəcəyi halda 80%-ni təşkil edəcək.

Hökumətin məvacibin ödənilməsinə ayırdığı ilk qrant yaxın həftələrdə şirkətlərə çatacaq. Ehtiyac yaranarsa, bu tranşlar (pay) müəyyən edilmiş üç aydan sonra da davam etdirilə bilər.

Britaniya biznesi həmçinin, iyunun sonuna kimi ƏDV-dən də azaddır və faizsiz kreditlər ala bilər.

Qeyd edək ki, Britaniyada da hökumət məktəbləri, idman mərkəzlərini, teatr və kinotetrları, pub, kafe və restoranları karantinə bağlayıb, insanlardan isə ehtiyac yaranmadığı halda evdən çıxmamaq və distant işləmək tələb olunub. Amma, bununla belə, hökumət Çində, Fransada və İtaliyada olduğu qədər sərt karantin tədbirləri tətbiq etməyib.