Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Brexit”dən sonra Böyük Britaniyada ÜDM xeyli azalacaq

“Brexit”dən sonra Böyük Britaniyada ÜDM xeyli azalacaq

28

Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən sazişsiz çıxması ölkədə ÜDM-in 8 faiz azalmasına, xeyli iş yerlərinin bağlanmasına gətirib çıxaracaq.

“Bizplus.az” “Report”un “The Quardian”a istinadən yaydığı məlumata əsasən bildirir ki, Parlamentin İcmalar palatasında “Brexit” şərtləri barədə saziş üzrə yanvarın 15-də keçiriləcək səsvermə ərəfəsində ölkənin nüfuzlu sahibkarlarını birləşdirən Britaniya Sənaye Konfederasiyası bu məlumatları dərc edib.

Bununla yanaşı, Mərkəzi Bank da “sərt Brexit” halında ölkənin Aİ üzvü kimi beynəlxalq ticarət tərəfdaşlarını itirməsi nəticəsində milli valyutanın 25 faizədək məzənnə itkisini istisna etməyib. Belə olan halda, ölkə ÜDM-nin 2023-ci ilədək bankın son proqnozlarına nisbətən 8 faiz az olacağı da qeyd edilib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here