Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Brexit”ə görə “Ford” 1 milyard dollar itirə bilər

“Brexit”ə görə “Ford” 1 milyard dollar itirə bilər

181
Paylaş

Anlaşma olmadan Böyük Britaniyanın Avropa Birliyindən ayrılması (Brexit) “Ford Motor” şirkətinin 1 milyard dollar (767 milyon funt sterlinq) itirməsinə səbəb ola bilər.

“Bizplus.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət maliyyə itkilərinin Ümumdünya Ticarət Təşkilatnın tarifləri və zəif funt sterlinqlə bağlı ola biləcəyini deyib.

“Ford”un daxili hesablamalarına əsasən “Brexit”in şirkətə vurduğu ziyan müxtəlif faktorların təsirindən asılı olaraq 500 milyon dollar və 1 milyard dollar çərçivəsində olacaq.