Əsas səhifə Biznes Biznes məqalələri Brendə çevrilmiş coğrafi ərazilər

Brendə çevrilmiş coğrafi ərazilər

260

Bir çox şirkətlərin loqotiplərində dağlara, hər hansısa tikiliyə və ya körpülərə rast gəlmək olur. Biz bu mənzərələrə alışmışıq və parktiki olaraq onlara diqqət etmirik. Yeri gəlmişkən, haradasa brendlərin sahiblərini və yaradıcılarını öz zamanında ruhlandıran real gəzməli-görməli yerlər var və bugün həmin məkanların tarixi müəyyən ticarət markalarının tarixi ilə əlaqəlidir. Gəlin onlardan bəziləri ilə tanış olaq.

Walt Disney Pictures

Walt Disney Pictures
Walt Disney Pictures

Bu korporasiyanın loqotipində nağılvari görünsə də heç də belə, yəni düşünülmüş olmayan bir qəsr şəkli təsvir olunub. Onun real prototipi var – Noyşvanştayn qəsri. O, Almaniya və Avstriya sərhədinin yaxınlığında, Bavariyanın cənub-qərb hissəsində yerləşir.

Walt Disney Pictures
Walt Disney Pictures

1883-cü ildə  Bavariya kralı II Lüdoviq üçün tikilən bu qəsr inşa edildiyi ilk gündən bəri müxtəlif incəsənət adamlarının ilham mənbəyi olub. Məsələn, bu qəsr sayəsində Pyotr Çaykovskinin ağlına “Qaranquş gölü” baleti ideyası gəlib. Walt Disney isə onu öz şirkətinin loqotipi edib. Yeri gəlmişkən, Noyşvanştayn-nın kiçildilmiş eynisi Paris Disneyland-ində də var və Yatmış gözəlin qəsri rolunu oynayır.

Cisco

Cisco
Cisco

Amerikanın Cisco Systems şirkəti şəbəkə avadanlıqlarının işlənib hazırlanmsı və satışı ilə məşğuldur. 1984-cü ildə Leonard Bosak və Sandra Lerner cütlüyü tərəfindən yaradılıb. Adı San-Fransisko şəhərindən götürülüb (Cisco onun qısaldılmış şəklidir) və loqotip də buna müvafiq olaraq seçilib – Qızıl qapılar adlı məhşur şəhər körpüsünün üslublu təsviri.

Cisco
Cisco

Cisco şirkəti şəbəkə administratorları və mühəndislər arasında hələ də kult hesab edilir, buna görə də şirkətin bir çox pərəstişkarlarında onun loqotipi (müvafiq olaraq qızıl qapılar körpüsü ilə birgə) olan tatuya rast gəlmək mümkündür.

Tablerone 

Tablerone 
Tablerone

Tablerone şokoladları 1908-ci ildə şirniyyatçı Jan Tabler tərəfindən yaradılıb. Həm tərkibinə görə həm də quruluş baxımından o unikaldır. Bir versiyaya görə, şokolad qutularının üçbucaq quruluşu İtaliya ilə sərhəd yaxınlığında yerləşən Alp dağlarındakı Matterxorn dağına görədir.

Tablerone 
Tablerone

Bu versiya gerçəyə yaxındır, çünki şokoladın qutusunun üzərindəki şəkildə də məhz bu dağın emblemi əks olunub. Yeri gəlmişkən diqqətlə baxsaq, loqotipin mərkəzində ayı təsviri görmüş olarıq. Məsələ burasındadır ki, ayı, şirkətin qurucusunun vətəni olan Bern şəhərinin simvoludur.

Evian

 Evian
Evian

Bütün dünya üzrə məşhur olan bu mineral su, Evian-le-Ben şəhəri yaxınlığındakı Cenevrə gölündən əldə edilir. Alp-ın qarlı zirvələrinin mənzərəsi şirkətin loqotipinə təsadüfən düşməyib, belə ki, elə  bu əzəmətli dağların ətrafında Evian suları şüşələrə doldurulur. Siz əgər Şamoni vadisinə getsəniz orada Monblan və onun yanında yerləşən iki dağa rast gələcəksiniz. Onlar da həmçinin, şirkətin loqotipində əks olunublar.

 Evian

Evian

Evian suları bu ərazilərdə 18-ci əsrin ortalarından əldə edilir. 1978-ci ildə isə dünya şöhrəti qazanıb. Belə ki, həmin vaxt o amerika bazarına çıxmış və Hollivud ulduzlarının sevimli içkisinə çevrilmişdir.

Borjomi

Borjomi
Borjomi

Qazlı sulardan danışarkən Borjomini xatırlamamaq mümkün deyil. Bu sular elə eyniadlı gürcü şəhərində əldə edilir. Üzərindəki kağız dəyişməyib və orada Qafqaz dağlarını, fontan və Likans sarayını görmək mümkündür.

Borjomi
Borjomi

Bu villa hələ 1892-ci ildə mavritan üslubunda knyaz Nikolay Romanov üçün tikilib. Onu elektrik enerjisi ilə təmin etmək üçün  Rusiya İmperiyasında ilk dəfə 1898-ci ildə su elekrik stansiyası inşa edilir. “Borjomi” mineral suyunun kağızına qəsr şəkli keçən əsrin 30-cu illərində düşüb. Belə ki, o, bu müalicəvi suyun əldə edildiyi əraziləri sanki təqlid edirdi.

Pilsner
Pilsner

 

Pilsner Urquell bugün Çexiyada ən məşhur pivə markasıdır. 1842-ci ildən buraxılır və öz unikal hazırlanma texnologiyasına görə bütün dünyada tanınır. Pilsner Urquell – acı və yüngül meyvə ətirli xarakterik pivədir.  Parisin Monparnas bulvarında yerləşən bardakı içkilər siyahısında 140 növ pivənin adı var və yalnız Pilsner Urquell “ Dünyanın ən yaxşı pivəsi” kimi göstərilib.

Pilsner
Pilsner

Bu pivə Çexiyanın qədim Plzen şəhərində istehsal olunur. Onun istehsal olunduğu əraziyə girişi tağlı qapılar bəzəyir. Və məhz onların sxematik təsviri bugün hər bir həmin pivə şüşəsinin üzərində əks olunub.

Rəy bildir

Please enter your comment!
Please enter your name here