Brauzerdə işləyən 5 Süni Zəka servisinin siyahısı

Date:

Paylaş:

    Süni zəka əsaslı deyilən texnologiyalar artıq o qədər asanlaşdırılıb ki, hətta bəzilərini sınamaq üçün sadə brauzer də kifayət edir. Bu siyahıda sizə 5 belə servisi sadalayacağıq
 
Semantris
 
Google proqramçılarının yaratdığı bu oyunda SZ-ya sözlərin təxmini izahını yazmaq lazımdır. Mexanizm tetrisə bənzəyir. Oyunçu fərqli rənglərdə olan blokları sındraraq qalib olmalıdır. Semantris-in 2 rejimi var: arkada və bloklar, amma ikisində də hələ yalnız ingilis dili dəstəklənir. Google deyir ki, oyuna milyardlarla cümlə və dialoqlar “yedizdiriblər”, və o texniki terminlərdə tutmuş slenqlərə qədər bir çox asossiyasiyaları anlayır.
 
This Person Does Not Exist
 
Bu servis mövcud olmayan insanlar çəkir. Layihəni Uber mühəndisi Filip Vonq Nvidia texnologiyaları əsasında yaradıb. Şəkillər geniş kitabxanalar əsasında çəkilirlər. Layihənin ən unikal cəhəti ondadır ki, servis eyni zamanda iki neyroşəbəkə ilə işləyir: biri fotolar çəkir, digəri isə fotonun nə dərəcədə həqiqi olmasını yoxlayır.
 
 
AutoDraw
 
Google-ın bu servisi isə cızma-qaraları səliqə ilə çəkilmiş ilustrasiyalara çevirir. Bunun üçün SZ sizin çəkdiyiniz cızmaqaraya ən yaxın bənzərliyi olan illustrasiyaları öz mövcud bazasından tapıb-çıxarır. Nə qədər çox detal əlavə etsəniz, təkliflər o qədər dəqiq olacaqdır.
 
 
Cyborg Writer
 
Bu servis özü sizin başladığınız cümləni bitirə bilir. Siz hər-hansı yazıçının tərzini seçirsiniz və cümlə yazmağa başlayırsınız, ardını isə servis yazıçının tərzində davam edir. Əsasında TensorFire durur və yalnız ingilis dilini dəstəkləyir.
 
 
Talk to Books
 
Suallara kitab dili ilə cavab verən servis də Google tərəfindən təqdim olunur. Adi axtaarışdan fərqli olaraq bu axtarış hətta abstrakt suallardan da çəkinmir. Layihənin bazasında 100 000-dan çox əsər var. Yalnız ingilis dili dəstəklənir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...