Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Brandless” startapı biznesdən gedir

“Brandless” startapı biznesdən gedir

14
Paylaş

Amerikanın Brandless onlayn-riteyleri bağlanır. Şirkət ştatın 90%-ni ( 70 adam) ixtisara salıb və yalnız qalan sifarişləri yerinə yetirmək üçün cəmi 10 nəfər adam saxlayıb. Bu barədə şirkətin nümayəndələrinə istinadən CNBC xəbər verir.

Şirkətin saytında bağlanma səbəbi kimi satış bazarında ağır rəqabət şərtlərinə davam gətirməməsi göstərilib.

Qeyd edək ki, 2016-cı ildə yaradılan şirkət 292,5 mln. dollar investisiya cəlb edib və 3 dollara orqanik məhsullar, ev əşyaları və kosmetik vasitələrinin satışı ilə məşğul olub. Onların qiymətləri rəqiblərinkindən 40% ucuz idi.