BP Xəzərin Azərbaycan sektorunda yeni nəhəng qaz yatağı axtarır

Date:

Paylaş:

BP şirkəti və onun tərəfdaşları Azərbaycanda nəhəng qaz yatağının (“Şahdəniz” qaz-kondensat yatağı) işlənilməsinə 28 milyard dollar sərmayə qoyublar və bu, yalnız tarixin başlanğıcı ola bilər. “Bizplus.az” “Trend”ə istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons “Bloomberg” agentliyinə bildirib.

Onun sözlərinə görə, şirkət 2020-ci il üçün ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir.

Regional prezident bildirib ki, əgər BP-nin gözləntiləri doğrularsa şirkət ehtiyatları təxminən “Şahdəniz”in ehtiyyatlarına bərabər olan yeni qaz yatağı tapa bilər: “Braziliya ilə yanaşı, Azərbaycan bizim üçün yaxın bir neçə il üçün prioritet fəaliyyət istiqamətlərindən biri sayılır. Bu kəşfiyyat proqramı bizim üçün çox vacibdir, çünki biz Xəzərdə böyük potensial görürük”.

Q.Consun sözlərinə görə, BP-nin bu il quyular qazmaq niyyətində olduğu Şəfəq-Asiman strukturunda qaz ehtiyyatı “Şahdəniz-2” yatağının ehtiyyatlarına bərabər ola bilər.

O, əlavə edib ki, strukturda qazma işləri 2019-cu ilin sonuna planlaşdırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...