Əsas səhifə Şirkətlər BP və “Petrofac” şirkəti arasında müqavilə imzalanıb

BP və “Petrofac” şirkəti arasında müqavilə imzalanıb

63
Paylaş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə müəssisə olan Böyük Britaniyanın “Petrofac” şirkəti Azərbaycan və Gürcüstanda BP-nin əməliyyatlarının dəstəklənməsi üçün layihələrin idarə olunması xidmətləri üzrə müqavilə imzalayıb.

Bu barədə “Petrofac” şirkətinə istinadən məlumat verilir.

Qeyd olunur ki, müqavilə 3 il müddətinə imzalanıb.

Müqavilə Xəzər regionunda dənizdə və quruda, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz boru kəməri, Qərb boru kəməri (WREP) layihələrində BP-nin əməliyyatlarını əhatə edəcək.