Azərbaycanda daha bir şirkət QSC-yə çevrilib.
“Azfar – Trans” təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Bildirək ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 10 aprel 2019-cu il tarixdə keçirdiyi Təkliflər sorğusunda “AZFAR-TRANS” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib. Həmçinin “Azfar Trans” MMC iyul ayının 18-də dövlətə məxsus “Aqrolizinq” ASC-dən iri məbləğdə kontrakt alıb. O, 36 milyon manat məbləğində dövlət vəsaiti hesabına ölkəyə 40 min ton ammofos mineral gübrəsi gətirəcək.