Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Böyük neft ölkəsi 1,36 milyard dollar borc aldı

Böyük neft ölkəsi 1,36 milyard dollar borc aldı

65
Paylaş

Səudiyyə Ərəbistanı büdcə kəsirini maliyyələşdirmək üçün 1,36 milyard dollarlıq istiqrazlar emissiya edib.

“Bizplus.az” xəbər verir ki, istiqrazlar 4 hərrac ilə yerləşdirilib.

İlk hərracda 5 illik 42.4 milyon dollarlıq, ikinci hərracda 10 illik 315 milyon dollarlıq, üçüncü hərracda 14 illik 176.8 milyon dollarlıq və dördüncü hərracda isə 29 illik 835 milyon dollarlıq istiqraz satılıb.

Ölkənin Maliyyə Nazirliyi büdcə kəsirinin 2019-cu ilin sonuna qədər 181 milyard dollara çatacağını gözlənildiyini açıqlamışdı.

Neft qiymətlərinin düşməsi Səudiyyə Ərəbistanı rəhbərliyini son illərdə borclanmaya yönəldib.