Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Böyük Britaniyanın mavi rəngli vətəndaş pasportlarını fransız şirkəti hazırlayacaq

Böyük Britaniyanın mavi rəngli vətəndaş pasportlarını fransız şirkəti hazırlayacaq

330
Paylaş

Böyük Britaniyanın Brexitdən sonrakı mavi rəngli vətəndaş pasportlarını fransız şirkəti olan “Gemalto” Polşada hazırlayacaq.

Şirkət Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sonuncu tenderində qalib gələrək 11,5 illik müqavilə imzalayıb.

Yeni pasportlar Varşava, Qdansk, Poznan, Tçeve və Krakov şəhərlərində hazırlanacaq. Bu sənədlər dünyanın ən mükəmməl biometrik pasportları olacaq. Pasport sahibinin şəxsi məlumatları elektron mikroçipdə sənədin vərəqinə həkk ediləcək. Məlumatların oğurlanması isə qeyri mümkün olacaq.