Böyük Britaniyanın kraliçəsi II Yelizaveta “Instagram”da paylaşdığı birinci post üçün onun və kraliyyət ailəsi üçün dərin məna ifadə edən mövzunu seçib.
Bu barədə “Mashable” nəşri yazıb.
Kraliçə Elm Muzeyinin kraliyyət arxivindən “kompüterin pioneri” olan Çarlz Bebbicin (ing. Charles Babbage)onun ulu babası Albertə olan müraciətini tapıb. O, müasir kompüterlərin mexaniki prototipi olan fərq mexanizminin ixtiraçısıdır. Bu qurğunun nümunəsini şahzadə Albert 1843-cü ilin iyulunda görüb.
Məhz ingilis riyaziyyatçısının analtik maşının əsasında, Ada Lavleys dünyada ilk kompüter proqramını yaradıb. “Bu gün mən uşaqlar haqqında kompüter kodlaşdırılmasını öyrənən təşəbbüslərdən məmnunluq duyuram. Bu, məni bu postu “Instagram”da paylaşmağa cəlb edib. Elm muzeyi uzun müddət texnologiyaları innovasiyaları və ixtiraları müdafiə edib və ixtiraçıların növbəti nəslinə ilham verib”, – deyə kraliçə Instagram sosial platformasında yazıb.
Fotoya keçid üçün linkə klik edə bilərsiniz.
Qeyd edək ki, adıçəkilən sosial platformada 4,8 milyon nəfər abunəçi var və 2422 post var. Bu post onun şəxsi imzası ilə paylaşdığı ilk paylaşımdır./Facemark