Böyük Britaniya iqtisadiyyatı 4-cü rübdə 0.2% artıb. Bu, proqnozdan aşağıdır. Proqnoz inkişafın 0.3% olacağı istiqamətində idi.
İqtisadiyyat 3-cü rübdə 0.6% artmışdı.
İqtisadi artım illik müqayisədə isə 1.3% artıb. Bu, 2012-ci ilin 2-ci rübündən bəri ən zəif iqtisadi artımdır. Gözlənti 1.4% idi.
İqtisadiyyat Dekabr ayında isə 0.4% kiçilib.
İqtisadiyyatın yavaşlamasının səbəbi şirkətlərin azalan investisiyalarıdır.
Böyük Britaniya iqtisadi artım baxımından 2009-dan bəri ən pis dövrünü keçirir.