Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Böyük Britaniyada iflas edən şirkətlərin sayı beş illik maksimuma çatıb

Böyük Britaniyada iflas edən şirkətlərin sayı beş illik maksimuma çatıb

112
Paylaş
Şirkət
Şirkət

2019-cu ilin birinci rübündə Böyük Britaniyada iflas etmiş şirkətlərin sayı beşillik maksimuma çatıb, bu məlumatlar hökumətin dərc etdiyi statistik göstəricilərlə təsdiq olunur.

Ekspertlərin fikrincə, iflasın əsas səbəblərindən biri ölkənin Avropa İttifaqından çıxması məsələsi olmuşdur.

Yanvar-mart aylarında 4 mindən çox şirkət ödəmə qabiliyyətini itirdiyini elan etmişdir. Qeyd etmək lazımdır ki, ötən ilin dördüncü rübündə belə şirkətlərin sayı 3 938 olub.

Eyni zamanda müvəqqəti administrasiyaların təyin olunması halları 21,8% artmışdır. Bu, 2014-cü ildən bəri ən yüksək göstəricidir.

İflasa uğramış şirkətlərin əksəriyyəti, öz təşəbbüsü ilə iflas etdiyini bildirmişdir.