McDonald’s Böyük Britaniya, İrlandiya və Braziliyadakı bütün restoranlarını 23 martdan etibarən bağlamaq qərarına gəlib. Bu barədə şirkət, rəsmi Tvitter hesabında məlumat yayıb.
Bağlanan restoranların əməkdaşları məvaciblərini 5 aprel tarixindən başlayaraq ala biləcəklər.
Qeyd edək ki, bağlanandan sonra artıq qalan qidaların isə McDonald’s yerli icma birliklərinin köməyilə paylanmasını həyata keçirəcək.