Böyük Britaniya şirkəti banka olan borcunu bağlayıb

Date:

Paylaş:

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi layihəsinin operatoru – İF-Az) “PAŞA Bank”dan cəlb etdiyi $15 milyon məbləğində kredit borcunu bağlayıb.

Bu barədə şirkətdən məlumat verilir.

“Cari il fevralın 10-da “Anglo Asian Mining” “PAŞA Bank”ın kreditinin ödənilməsi üşün son ödənişi həyata keçirib. Hazırda şirkətin balansında heç bir borc yoxdur”, – AAM qeyd edir.

“2015-ci ildə şirkətinin borcunun $50 milyon həcmində pil həddə çatmasını nəzərə alaraq bu əlamətdar hadisədir. Borcların olmaması ilə əlaqədar maliyyə çevikliyi “Anglo Asian Mining”a diqqətini öz biznesinin inkişafına yönəltməyə imkan verir”, – məlumatda AMM-nin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.

O bildirib ki, 2015-ci ildən etibarən şirkət borcun ödənilməsindən əlavə biznesinin sərmayə yatırmağa davam edib, Azərbaycanda müqavilə sahələrində 3 illik geoloji kəşfiyyat işlərinə başlayıb, mütəmadi dividendlərin ödənişinə başlayıb və mühüm məbləğdə pul vəsaiti toplayıb.

“Bu, “Anglo Asian Mining” şirkətinin pul vəsaitinin etibarlı generasiyasını açıq şəkildə nümayiş etdirir”, – Vəziri qeyd edib.

Xəbər verildiyi kimi, 2018-ci il fevralın 10-da “Azerbaijan International Mining Company Limited” (“Anglo Asian Mining plc”-nin (ААМ) törəməsi) “PAŞA Bank”dan $15 mln. məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Vəsait 2 il müddətinə və illik 7% dərəcəsi ilə verilib.

Bu məbləğin $13,47 mln.-u “Anglo Asian Mining”in “Amsterdam Trade Bank N. V.” ($3,699 mln.), Gazprombank (Switzerland) Ltd. ($3,7 mln.), AAM-in baş direktoru Reza Vəziri ($3,86 mln.) və Türkiyənin “Yapi Credit Bank”ına ($2,211 mln.) olan borcunun ödənilməsinə yönəldilib.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.

Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.

“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin III rübündə “Qoşa” yatağından, 2015-ci ilin yayında “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...