Boston məktəb avtobuslarının yol xətti planlayıcılarını alqoritmlərlə əvəz edib

Date:

Paylaş:

Alqortim, 30 dəqiqə işləməklə marşrutun effektivliyini mütəxəssislərin saatlarla işləməsi ilə müqayisədə 20%-dək artıra bilir.

Route Fifty nəşri Bostonun  dolaşıq və çətin yollara görə məktəbli nəqliyyatına yüksək xərclər çəkməsindən, mütəxəssislər axtarıb tapmasından və bir yaya vəziyyəti dəyişməsidən bəhs edib.

Problemi həll etməkdə Massaçusets texnologiya institutunun araşdırmaçıları yardımçı olublar. Onlar ən yaxşı alqoritmlər müsabiqəsində qalib olublar.

Bu yeni alqoritm sayəsində uşaqlar eyni sürücü ilə həm də daha tez bir vaxtda məktəbə gəlib çata bilirlər.

Problem nədən ibarət idi

Boston məktəb dairəsi valideynlərə uşaqları üçün əraziləri üzrə on mövqeli siyahıdan məktəb seçməyə imkan verir.

Evlərindən 1,6 km uzaqda yerləşən məktəbi seçən bütün aşağı sinif şagirdlərinə 220 məktəbdən keçən avtobus təqdim edilir. Bu isə məktəblilərə öz məktəblərinə vaxtında çatmaqda problemlər yaradır.

2017-ci ildə dairə belə bir problemlə üzləşdi: ABŞ-da  nəqliyyat xərcləri BPS-də(Boston Public Schools) bir tələbəyə görə ildə 2000 dollar idi və ümumilikdə bu xərclər dairənin büdcəsinin təxminən 10%-ni təşkil edirdi. Xərclər daim artırdı, avtobus parkının iş keyfiyyəti isə digər iri ərazilərdə olduğundan daha aşağı idi.

BPS digər dairələrlə müqayisədə daha çox şagird daşıması həyata keçirir. Şəhər həm özəl məktəblər həm də öz hududlarından kənar xüsusi təhsil müəssisələri üçün məktəbli avtobusları təqdim edir.

Həll yolunu axtarmaq

Problemdən çıxış yolu tapmaq üçün BPS müsabiqə keçirir. Belə ki, araşdırmaçıla daha fəal avtobus marşrutu yaratmaq və hər məktəbdə dərsin optimal başlama vaxtını təyin etmək üçün dairənin anonim məlumatlar toplusunu sınaqdan keçirdilər.

Müsabiqənin qalibi MİT Operations Research Center araşdırma mərkəzinin komandası oldu.

Onların qərarı ağır əmək tələb edən bir işdə dəyişiklik yaratdı – əvvəllər on marşrut planlayıcısı hər məktəb və məktəbli üçün xüsusi marşrutların yaradılmasına minlərlə vaxt sərf edirdi.

MİT alqoritmi bütün marşrut sistemlərini idarə edir. 

Effektivlik

Boston yeni sistemi 2017-2018-ci tədris ilində sınaqdan keçirib. Nəticədə aşağı sinif şagirdləri üçün piyada gediş vaxtı azalıb. Bundan başqa ucqar ərazilərdə yaşayanlar üçün də gediş vaxtı, yolun uzunluğu və dayanacaqların sayı azalıb.

Alqoritmin buraxılışı 2017-ci ilin yayında parkdakı avtobusların sayının 50-yə qədər azaldılmasına gətirib çıxardı. Avtobuslar 2016-cı il ilə müqayisədə 1,6 milyon km daha az yol gediblər. Karbon qazı tullantısı isə günə 20 min funta qədər azalıb. Dairə 5 milyon dollar qənaət edib və onu digır məktəb işlərinə yeni yatırım şəklində qoyub.

Alqoritmin özəlliyi

Alqoritm əvvəlcə dayanacaqları elə təyin edir ki, şagird yolda bir saatdan çox qalmasın və sonra isə  bir neçə məktəbdən keçən optimal marşrutu təyin edir.

Önəmli olan, hər məktəb üçün minimal sayda avtobusdan istifadə etmək deyil, avtobus yolunun bir neçə məktəbdən keçməsi və məktəb qaydalarına uğunlaşması idi.

İşinin üçüncü ilində BPS əsas hərəkət cədvəli üçün alqoritm buraxdı, tədris ili ərzində isə məktəb qaydalarındakı dəyişikliklərlə bağlı dəyişikliklər tətbiq edəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...