Əsas səhifə Biznes sahələri Texnologiya Boston Dynamics müəssisələr üçün Spot it robotlarını təklif edir

Boston Dynamics müəssisələr üçün Spot it robotlarını təklif edir

68
Paylaş

Boston Dynamic-in  saytında satış bölməsi ilə əlaqə üçün forma və robotun təqdimatı var. Şirkət robotlardan tikintidə və digər sahələrdə istifadəni təklif edir. Bundan başqa,  Boston Dynamics bəzi şirkətlərə, həmçinin, The Verge nəşrinə sınaq üçün də bi neçə Spot robotu verib.

Spot – mobil robotdur, ondan tikintidə, neft-qaz və ictimai təhlükəsizlik sahələrində istifadə etmək olar.

Robot saatda 5,76 km-ə qədər sürət yığa bilir. Məkanda hərəkət etmək üçün Spot stereo kamera sistemindən də istifadə edir və o robot üçün 360 dərəcə baxışı təmin edir. Spot robotu 14 kq-a qədər yük qaldıra bilir və 20-40 dərəcə selsi temperatura davamlıdır.

 Qeyd edək ki, Boston Dynamics it robotlardan qapalı və qorunan sahələrdə istifadəyə yönəlib. Şirkətdə bildirirlər ki, robotlardan hərbi məqsədlər üçün istifadə nəzərdə tutulmur.