Əsas səhifə Biznes sahələri Avtomobil “Bosch” şirkəti avtomobillər üçün 3D cihazlar panelini hazırlayıb

“Bosch” şirkəti avtomobillər üçün 3D cihazlar panelini hazırlayıb

112
Paylaş

Bosch şirkəti avtomobillər üçün üçölçülü təsviri olan cihazlar panelini hazırlayıb. Sürücü müvafiq eynək və gözlərin izlənməsi sistemi olmadan təsviri 3D formatında görə bilər.

Alman mütəxəssislər cihazlar paneli üçün iki kadrı birində birləşdirərək üçölçülü təsvir yaradan passiv 3D texnologiyasından istifadə ediblər. Şirkət nümayəndələri yeni cihazlar panelinin kiçik ekranda daha çox məlumatı yerləşdirməyə imkan verəcəyini bildiriblər.

Bundan başqa, Bosch nümayəndələri üçölçülü təsvirin sürücü üçün daha bir yardımçı sistem olacağını iddia edirlər.  Məsələn, arxa görüntü kamerasının təsvirləri daha informativ olacaq və sürücüyə avtomobilin arxasındakı vəziyyəti daha yaxşı qiymətləndirməyə imkan verəcəkdir. Yaxud, üçölçülü naviqator mürəkkəb yol qovşaqlarında lazım olan çıxışı müəyyən etməkdə yardım edəcəkdir.

Bosch şirkətindən yeni sistemin buraxılış tarixini açıqlamasalar da, avtoistehsalçılardan sifariş qəbul etməyə hazır olduqlarını bildiriblər.