İtaliyada dağın ətəyində yerləşən bir kənd əhalisinin azalmasının qarşısını almaq üçün orada yaşayacaq insanlara 2 min avro təklif edir.
Aylıq 50 avrodan başlayan kirayə evlərlə Bormida kəndi insanların bu kənddə yaşaması üçün əlindən gələni edir.
İtaliyanın şimal qərbində Liguria bölgəsində dəniz səviyəsindən 420 metr hündürlükdə yerləşən kənddə cəmi 394 insan yaşayır.
İtaliyada təxminən 2500 kəndin tərk edilmə riskinin olduğu ortaya çıxıb.