Onlar öz pivə brendlərini yaradan 7 qardaşdır. Salforddan Mançestra gəliblər və hazırda 18 işçiləri var.
Bir zamanlar onlar üçün öz pivə brendlərini yaratmaq yuxu kimi gələ bilərdi. Ancaq bunu reallaşdırıblar.
2014-cü ildə Seven Bro7ers pivə zavodunu qurublar və o gündən sonra işləri güclənib. 7 qardaşın hazırda 18 işçisi var və onlar öz pivəlrini bütün ölkəyə sata bilirlər.
Qurucu qardaşlardan biri bildirib: “Biz həmişə pivəyə maraq göstərmişik. Atamızla birlikdə pivə hazırlayırdıq. Bütün qardaşlarımızın birlikdə çalışması hər zaman xəyalımız idi. Bizim pivələr bütün ölkəyə paylanır. Hətta Mançestr hava limanının terminalında belə satılır.”
Şirkəti qurmalarına gəlincə isə onlar bunu kredit almaqla başlayıblar. Hökumət tərəfindən yaradılan yeni biznesə dəstək layihəsi zamanı 25.000 avro kredit alıblar. Daha sonra iş planı qurublar.
İl ərzində 500 min avro gəlir əldə edirlər və pivələrini digər ölkələrdə satmağı planlayırlar.