Karantinə bağlanan şirkətlərdə hər şey pis olacaq:
Əyləncə, hobbi və istirahət, mağazalar, restoranlar, mehmanxanalar, turizm, kazino və s.
Hava, su, yer məkanı ilə daşınmalar.
Lüks mallar, aksesuarlar, dəbli geyimlər.
Mebel, məişət texnikası.
Təmir, tikinti.
Qısamüddətli icarə.
Repetitorlar və özəl məktəblər.
Müştərilərə birbaşa çıxışı olan oflayn-xidmətlərin əksəriyyəti.
Gözəllik və sağlamlıq sahəsi xidmətləri ( idman tədbirləri, idman zalları, idman bahisləri (mərc, qumar) ).
Xeyriyyə təşkilatları.
Hüquqşünaslar və notariuslar.
Hansılara daha çox tələbat olacaq:
Onlayn əyləncə və striminq xidmətləri ( Netflix, YouTube, musiqi, onlayn oyunlar, sosial şəbəkələr.
Faydalı bacarıqlar və gündəlik rutin məşğələlər üzrə onlayn kurslar (ev təlimləri, meditasiya, kulinariya).
Bütün məişət tələbatlı malların onlayn satışı.
Hər növ məhsulların evə çatdırılması xidməti.
İkinci əl malların satışı, onlayn istismara vermə, avtoistismara vermə.
Tibb və əczaçılıq.
Gündəlik ərzaq məhsulları sahəsi.
Bazar qiymətindən aşağı qiymətə frilans və autsorsinq xidmətləri.
Sektalar və dini hərəkatlar.
Bundan başqa, turizm, icarə, daşınmalarla bağlı, həmçinin, kriptovalyutalar və İSO-layihələrdə də çətinliklər ola bilər. Bu sıraya investisiya gözləyən İT-startapları da aid etmək olar.
Qeyd edək ki, bu nəticələr şəxsi təcrübəyə əsaslandığından nisbi hesab olunur.
Karantində perspektivlərə gəldikdə isə deyə bilərik ki, bəzi klassik oflayn-bizneslər bundan yararlana biləcək.
Kənd təsərrüfatı və istehsal
Onlar maksimum şəkildə avtomatlaşdırmaya keçəcəklər.
Ritual xidmətlər
Onlara “ikinci nəfəs” gələcək, onlayn-mağazalar açacaqlar. Məsafədən xidmətlər sifarişini mümkünləşdirəcəklər: başqa şəhərdən ödəniş edirsən və budur, artıq hərşey hazırdır, əlavə nəyəsə ehtiyac qalmır. Bu nə deməkdir? Təsəvvür edin ki, siz Londonda karantindəsiniz vəTokioda bir yaxınınız vəfat edib. Bütün ölkələrsə aviamesaj xidmətini bağlayıblar. Bu zaman nə etmək olar. Onlayn sifariş, ödəniş və sizə video-hesab gəlir.
Sanitar xidmətlər və məkanların sterilizasiyası da çox tələb olunacaq, çünki zərərvericilərin sayı çoxalacaq.
Loqistika və çatdırılma
Avtopilot maşınları, dronlar, robotlar hər yerdə fəaliyyət göstərmək üçün lisenziya almağa görə fəallaşacaqlar.
Tibbi yardım
Onlayn-diaqnostikaya və robotlaşmaya keçəcək, amma xəstəxanalarsız da alınmayacaq. Belə ki, Təcrid olunmuş veterinar kabinetlər və ya evdə diaqnoz qoyulması yaxud da yüngül halların evdə müalicəsi üçün onların onlayn-əvəzləyiciləri yaradılacaq.
Bəzi veterinar xidmət məkanları çox güman ki, vəhşi təbiətə və ya heyvandarlığa yönəldiləcəklər.
Dövlət qurumları və nazirliklər
Hökumət fəal surətdə smartfona keçəcək: bir çox inkişaf etmiş ölkələrdə artıq sınaqdan keçirilməkdə olan internetdə vergi ödənişi, seçkilərə “getmək” kimi xidmətlər mümkünləşəcək.
Poçt
Özünəxidmət loqistikası tətbiq ediləcək. Bütün böyük şəhərlərdə çoxdandır artıq poçtomatlar var.
Fastfood məkanlar daha çoxçeşidli çatdırılma təşkil edəcəklər.