“Boeing” şirkətinin səhmləri 13,4% ucuzlaşıb.
Bu barədə “Reuters” xəbər agentliyi mənbələrə istinadən məlumat verib.
Qlobal aviasiya sənayesinə təsir göstərən amillərdən biri COVID-19 koronavirusu olub. Belə ki, epidemiyanın yayılması ilə əlaqədar bir çox aviaşirkət Çinə uçuşları dayandırıb. Proqnozlara görə, koronavirus hava nəqliyyatı biznesinə 113 milyard dollara başa gələ bilər.
Xatırladaq ki, amerikan konserni uzun müddətdir ki, İndoneziya və Efiopiyada 346 sərnişinin ölümü ilə nəticələnən qəzalardan sonrakı böhranın öhdəsindən gəlməyə çalışır.