“Boeing” satılmayan təyyarələri əməkdaşlar üçün avtomobil parkında yerləşdirir

Date:

Paylaş:

“Boeing” korporasiyası satılmayan “737 MAX” markalı təyyarələri yerləşdirmək üçün yer tapa bilmədiyindən onları şirkət əməkdaşlarının avtomobillərinin park edilməsi üçün nəzərdə tutulmuş ərazidə saxlayır.

Bu barədə TASS-a  xəbər verir.

Korporasiyanın nümayəndəsi Pol Berqman satışda fasilə yarandığı dövrdə “Boeing” müəssisəsinin bütün resurslarından istifadə etdiklərini, buna görə də təyyarələri Pyucent Saund, San Antonio və Mozes Leykdəki istehsal obyektlərində saxladıqlarını bildirib.

Onun sözlərinə görə, təyyarələrin avtomobil parklarında yerləşdirilməsi şirkətin maddi-texniki resurslarını idarə etmək planının bir hissəsidir.

“Bloomberg” agentliyinin məlumatına görə, korporasiya hər bir təyyarəni park yeri ilə təmin etmək üçün hər ay, təxminən, 2 min dollar sərf edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...