“Boeing 737 Max” tipli təyyarələr yenidən istismara qaytarıla bilər

Date:

Paylaş:

İndoneziyada və Efiopiyada baş vermiş və xeyli insan tələfatına səbəb olan qəzalardan sonra istismarı dayandırılmış “Boeing 737 Max” tipli təyyarələr cari ilin dördüncü rübündə yenidən istismara qaytarıla bilər.

Bu barədə “Boeing” şirkətinin marketinq üzrə vitse-prezidenti Randi Tinset məlumat verib.

O, məsələnin ABŞ Federal Aviasiya Administrasiyası ilə razılaşdırıldığını da əlavə edib.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

Bir qədər əvvəl “The Wall Street Journal” “Boeing 737 Max” təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasının “Boeing”ə 4,9 milyard dollara başa gəldiyi bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...