Boeing 737 MAX təyyarələrin proqram təminatını yeniləyib

Date:

Paylaş:

Boeing Korporasiyası 737 MAX təyyarələri üçün proqram təminatını yeniləyib, bunun əsas məqsədi təyyarənin idarəetmə sistemindəki nasazlıqları aradan qaldırmaqdan ibarətdir. Bu haqda mənbələrə istinadən Reuters xəbər verir.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İndoneziyada və 2019-cu ilin mart ayının 10-da Efiopiyada Boeing 737 MAX təyyarələrin qəzası baş vermişdir. Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə, Boeing 737 MAX təyyarələrinin proqram təminatında müəyyən dəyişiklər edilmişdir. Yeni sistem pilotlar üçün  daha geniş fəaliyyət azadlığını nəzərdə tutur. Daha əvvəl 737 MAX modellərdə təyyarənin uçuş bucağını müəyyən edəcək xüsusi qurğuların yerləşdirilməsi barədə məlumat əldə edilmişdir.

Federal Aviasiya İdarəsi (FAA) qeyd edir ki, yeni proqram təminatı hələki sınaqdan keçirilməyib və sertifikasiya olunmayıb.

American Airlines Group Inc. pilotlarını təmsil edən Allied Assosiasiyası, təhlükəsizlik sisteminin təkminləşdirilməsinə yönəlmiş tədbirlərdən razı qaldığını bildirib. Proqram təminatında edilmiş düzəlişlər tam olaraq sınaqdan keçməli və Efiopiyada baş vermiş hadisənin araşdırılması ilə bağlı üzə çıxan əlavə informasiyanı nəzərə almalıdır.  

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...