“Boeing 737 MAX 8″ın vurduğu zərər

Date:

Paylaş:

Avropa və ABŞ-ın təyyarə şirkətləri “Boeing 737 MAX 8” təyyarələrinin istismarına qoyulan qadağa üzündən yüz milyonlarla dollar ziyan çəkdiklərini bildirir.

İki böyük qəzadan sonra adıçəkilən təyyarələrin qadağan olunması nəticəsində bütün dünyada minlərlə reys ləğv olunub.

Məsələn, ən çox sayda – 34 ədəd “Boeing 737 MAX 8” təyyarəsi işlədən “Southwest Airlines” şirkəti ilin birinci rübündə 200 milyon ABŞ dolları məbləğində zərər çəkdiyini bildirib. BBC xəbər verir ki, adıçəkilən təyyarələrdən 24 ədədə malik olduğuna görə bu ilin avqust ayınadək 15 min reysi ləğv edən “American Airlines” də zərərinin 350 milyon dollar olduğunu açıqlayıb.

“The Financial Times” xəbər verir ki, Almaniyanın “TUI Airways” şirkətinə sözügedən təyyarələrin qadağan olunması hər həftə 3 milyon avroya başa gəlir, qadağa sentyabr ayınadək davam edərsə, çəkdikləri zərər 300 milyon avroya, yəni 335 milyon dollara çatacaq.

Qeyd olunan qəzalar nəticəsində “Boeing” şirkətinin isə xeyli nüfuz itkisi ilə yanaşı, 1 milyard dollar məbləğində maliyyə zərərinə də uğradığı bildirilir.

Daha əvvəl ABŞ hökumətinin “Boeing 737 MAX 8” təyyarələrinə hələ 2018-ci ildə qadağa qoymaq istədiyi bildirilmişdi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...