“Boeing”ə qarşı 120 milyon dollar təzminat iddiası qaldırılıb

Date:

Paylaş:

“Rostex”in törəməsi olan “Aviakapital-Servis” şirkəti “Boeing”ə qarşı iddia qaldıraraq ondan 120 milyon dollar təzminat tələb edir. Cərimələri də buraya əlavə edəndə məbləğin xeyli artacağı gözlənilir. “Boeing”in nümayəndələri məhkəməyə qədər məsələ ilə bağlı heç bir açıqlama vermək istəmirlər.

“Aviakapital-Servis”in vəkili Stiven Marksın sözlərinə görə, “Boeing” təzminatla bağlı dialoqa girmək istəmir və buna görə məsələyə ancaq məhkəmə prosesində aydınlıq gələcək. İddia ərizəsinə 30 gün ərzində baxılacağı gözlənilir.

2018-ci ilin noyabrında və 2019-cu ilin martında baş vermiş qəzalardan sonra ABŞ-da və bir çox ölkələrdə “Boeing”in istehsalı olan 737 Max-ın uçuşu dayandırılıb. İstintaqın nəticələri hər iki qəzanın təyyarənin bort kompüterindəki nasazlıq səbəbindən baş verdiyini göstərib. Proqram laynerin vəziyyətini düzgün qiymətləndirməyib. Əvvəlcə Boeing şirkəti sistemdəki nasazlığı aradan qaldıracağına söz verib və uçuş qadağasını bir neçə gündən sonra qaldıracağını vəd edib. Hazırda şirkət müddəti ilin sonuna uzadır.

Ekspertlər “Boeing”in itkilərinin artacağını proqnozlaşdırırlar. Belə ki, təkcə ABŞ məhkəmələri 50 milyard dollar tələbi ilə çıxış edirlər. Bu məbləğ isə 737 Max-ın bütün mənfəətinin yarısını təşkil edir. Konsern ötən ay bu layner üçün heç bir sifariş almayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...