Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri BNA rəhbəri Vüsal Kərimlinin gizli biznesi üzə çıxdı – FOTO

BNA rəhbəri Vüsal Kərimlinin gizli biznesi üzə çıxdı – FOTO

218
Paylaş

Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbəri Vüsal Kərimlinin biznesi də üzə çıxdı.

İndex.az xəbər verir ki, bu barədə hazırda Avropa ölkələrinin birində mühacirətdə olan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “Facebook” səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, BNA rəhbəri Vüsal Ağaməmməd oğıu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş “GLOBAL VALUE GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, SABİT ORUCOV, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.

O qeyd edib ki, BNA rəhbərinin təsis etdiyi daha bir şirkət – “GMSA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı ŞƏHƏRİ NƏSİMİ RAYONU, 20 YANVAR, ev 3, m. 13-dədir.

C. Həsənli bildirib ki, V. Kərimlinin təsisçisi olduğu “GMSA” MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında “K GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ qeydiyyata alınıb: “Şirkətin nizamnamə kapitalı 3 000 010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarlndan biridir, avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.

C. Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş “İTPRO SOLUTİONS LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin də qanuni təmsilçisidir.