“BMW E-Scooter” 2019-cu ilin payızında 799 avroya satışa çıxarılacaq.
Avtomobil istehsalçısı “BMW” öz brendi altında, 2019-cu ilin sentyabrında elektrosamokat satışını həyata keçirəcək. Bu barədə şirkət özü məlumat verib.
Onun tərəfdaşı samokat istehsalçısı “Micro Mobility” olub. “BMW E-Scooter” 9 kq. çəkiyə malikdir və 20 km/saat sürəti var.
Elektrosamokat ikili əyləc sisteminə malikdir və həmçinin onun ön və arxa işıqları da var. Motoru 150 Vt-dır və litium-ion akkumlyatoru iki saata tam dolur. Samokat bir rəngdə istehsal olunub – qara-mat rəngdə.
Şirkətdən bildiriblər ki, “BMW E-Scooter”-i “BMW”-nin bütün rəsmi dilerlərindən əldə etmək olar. Pərakəndə qiyməti 799 avrodur (təxminən 2000 azn). Rusiyada satışa çıxarılıb-çıxarılmayacağı bilinmir.
2019-cu ilin mayında Almaniya hökuməti onların yollarda və velosiped yollarında istifadəsinə icazə verib. Onalrın maksimal sürəti 20 km/saatdan artıq olmamalıdır.