Almaniyanın aparıcı avtomobil istehsalçısı BMW şirkəti 23 illik fasilədən sonra sonra loqosunu dəyişib. Yeni loqotipdə ancaq əsas ənənəvi elementlər və ağ rənglə göy rəng qalıb. Qara dairəvi zolaq isə artıq yoxdur.
BMW-nin meneceri Fred Yakobs bildirib ki, yeni loqonun rəngləri Bavariya əyalətini təmsil edir.