“BMW” sərt “Brexit” şəraitində İngiltərədəki istehsalını Niderlanda köçürə bilər.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə Almaniya mərkəzli şirkətin CEO-su Herald Kruqr danışıb. Onun sözlərinə görə, Britaniyanın ticarət razılaşması olmadan Avropa Birliyindən ayrılacağı və ortaq bazara girişi itirəcəyi təqdirdə “BMW” İngiltərənin Oxford şəhərindəki istehsalını Niderlandın “Nedcar” fabrikinə köçürə bilər.
Qeyd edək ki, ötən il “BMW X1”, “Mini Convertible” və “Mini contryman” modelləri istehsal edən “Nedcar” fabriki istehsalını 39% artıraraq 211 660 ədədə çatdırıb. “BMW” ötən il Oksfordda isə 234 501 avtomobil istehsal edib.