İsveç startapı “Northvolt” 12 iyunda kapitalı 1 milyard dollar artırıb və bu da, AB-nin avtomobil sənayesi üçün litium-ion istehsalı üzrə iri müəssisənin tikintisinə yönələcək.
Bu barədə euractiv məlumat verir.
Qeyd edilir ki, layihəyə bir neçə şirkət investisiya ayırıb. Onların arasında ən iri şirkət Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”-dir. Ondan başqa “Goldman Sachs”, İsveçin “AMF” təqaüd fondu, “Folksam” sığorta şirkəti, həmçinin, IKEA qrupuna daxil olan “IMAS” fondu da yatırım edənlər sırasındadırlar.
Şirkətin layihədən hər səhmdara düşən payı dəqiqləşdirməməsinə baxmayaraq, “Volkswagen”-də əvvəldən bildiriblər ki, “Northvolt” aksiyalarından 20% əldə etmək niyyətindədirlər. Bu. Maşın istehsalçısının direktorlar şurasında bir yerini təmin edəcək.
Fabrikin tikintisi avqustda başlamalıdır, ilk məhsulu isə zavod artıq 2021-ci ildə buraxmağa başlayacaq.İlk mərhələdə o, 16 hVt-lıq litium-ion mühərrik elementləri istehsal edəcək.Sonra isə onun gücü ikiqat artacaq. Müqayisədə, Nevadadakı “Gigafactory Tesla”-nın layihə gücü ildə 35 hVt təşkil edir.