BMW şirkəti X6 kupe-krossoverini hazırlayıb. Onun özəlliyi ondadır ki, boyası 99%-dən çox işıq udur.
Bu “ən qara” maşının rəsmi təqdimatı hələ olmayıb, sentyabr 21-də Frankfurtdakı avtoşouda baş tutacağı gözlənilir. Lakin sosial şəbəkələrdə artıq avtomobilin şəkilləri görünməyə başlayıb. Onun tünd qara rəngli korpusu, qabarıq faraları və radiator qəfəsi onu fərqləndirir.
BMW belə bir effektə, Surrey NanoSystems şirkətinin işlədiyi Vantablack VBx2 örtüyündən istifadə etməklə nail olub. Onun əsasında, diametri 20 nanometr-dən çox olmayan nanoturbalar texonologiyası dayanır. Əvvəl, Vantablack örtüyü elmi araşdırmalar üçün hazırlanmışdı, lakin alman istehsalçısı ona daha bir tətbiq tapmağa müvəffəq olub. Layihədə həm də Levitation 29 kreativ agentliyi iştirak edib.
Qeyd edək ki, BMW işığı tam uda bilən orijinal Vantablack boyasından deyil, 1%-i əks oluna bilən versiyadan istifadə edib. Belə olmasaydı insan gözü təmamilə heç bir parıltı olmaması səbəbindən avtomobili həcmli olaraq görə bilməzdi. Vantablack VBx2 effekti dizaynı üçün xarakterik olmayan kiçik bir avtomobildə yaxşı görünməyəcəkdi, ona görə də X6-nı seçmək qərara alınır. Bu iri model diqqət çəkən aqressiv görünüşü və yaddaşlara asanlıqla həkk olunması ilə fərqlənir.
Şirkət nümayəndələrinin sözlərinə görə, “tünd qara” avtomobilin hazırlanması maraqlı bir layihədir. Bugün BMW VBx6 , dünyada Vantablack VBx2 örtüyünə malik ilk və tək avtomobildir.